“Milan” 16 yaşlı futbolçu ilə müqaviləni uzatdı

“Milan” futbolçusu Françesko Kamarda ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 16 yaşlı hücumçunun sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kamarda ötən mövsüm “Milan”ın U-23 komandasında 30 oyunda 7 qol vurub. Forvard “qırmızı-qaralar”ın əsas komandasında isə iki oyun keçirib.