“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda İsrailin “Makkabi” (Hayfa) komandasını məğlub edib – 3:0.
“Bayquşlar”ın futbolçusu Coy-Lens Mikels “FutbolPress“ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:
“Makkabi”nin gücünü bilirdik və onları düzgün qiymətləndirdik. Oyunun startı çətin keçdi, düşünürəm ki, bir az aqressiv idik. Amma ilk hissənin sonlarına yaxın toparlandıq, şanslar yaratdıq. “Makkabi” ilə eyni səvviyədə oynadıq”.
İkinci hissədə daha baxımlı oynadıqlarını deyən Mikels cavab oyunu öncəsi yaxşı vəziyyətdə olduqlarını bildirdi:
“Fasilədən sonra işlərimiz plan üzrə keçdi və üç qolla mükafatlandırıldıq. Düşünürəm ki, “Makkabi”yə daha çox qol vura bilərdik. Amma yenə də cavab oyunu öncəsi vəziyyətimizi yaxşılaşdırdıq”.
Şahin Cəfərov