Meyson tanınmış kluba baş məşqçi təyin edilə bilər

“Tottenhem”in sabiq futbolçusu Rayan Meyson Belçikada işləyə bilər.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı mütəxəssis “Anderlext”ə baş məşqçi təyin edilə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Meyson artıq klubla danışıqlara başlayıb.

Rayan hazırda “Tottenhem”də baş məşqçi Angelo Postekoqlunun köməkçisidir.