Meydanda huşunu itirən futbolçu vəfat etdi

Uruqvayın “Nasyonal” klubunun futbolçus Xuan İskerdo vəfat edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 28 yaşında dünyasını dəyişib.

İskerdo Libertadores Kubokunun 1/8 final mərhələsində Braziliyanın “San Paulo” komandası ilə görüşdə meydanda huşunu itirmiş və daha sonra xəstəxanaya aparılmışdı.

İskerdo karyerası ərzində ölkəsində “Nasyonal”la yanaşı, “Liverpul”, “Montevideo”, “Atletiko San Luis”, “Penayrol” kimi klublarda çıxış edib. O, 2022-ci ildə “Nasyonal”la Uruqvay çempionu olmuşdu.