“Messiyə qarşı oynamaq gözəl olacaq”

Almaniyalı futbolçu Marko Roys ABŞ-nin “Los Anceles Qalaksi” klubuna keçib.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı hücumçu MLS təmsilçisi “İnter Mayami”də çıxış edən Lionel Messi haqda danışıb:

“Messiyə qarşı oynamaq gözəl olacaq. Onunla klub və milli yarışlarda bir neçə dəfə üz-üzə gəlmişəm. Yenidən onunla qarşlaşacağıq”.

Roys ABŞ klubu ilə 2,5 illik müqavilə imzalayıb. O, daha öncə 2012-2024-cü illərdə Dortmund “Borussiya”sında forma geyinib.