Argentina yığması DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv Çili ilə qarşılaşıb. Görüş “tanqoçular”ın qələbəsiylə başa çatıb – 3:0.
Lionel Messinin oynamadığı matçda qolları Aleksis Makallister, Yulian Alvares və Paulo Dibala vurub.
Argentina yığması 7 oyundan sonra 18 xalla birinci sıradadır.