Messinin qolu xal üçün kifayət etmədi

“İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Atlanta” ilə qarşılaşıb. Matç “İnter Mayami”nin məğlubiyyəti ilə başa çatıb – 1:3.

Messi bu görüşün iştirakçısı olub. Argentinalı hücumçu 62-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.

“İnter Mayami” 17 turdan sonra 34 xalla liderdir.