Messinin qolu bir xal qazandırdı

Argentinalı hücumçu Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Toronto” ilə qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

“İneer Mayami”nin yeganə qolunu Lionel Messi vurub. Argentinalı futbolçu 39-cu dəqiqədə də fərqlənsə də, daha sonra VAR foul səbəbiylə qolu qeydə almayıb.

“İnter Mayami” 6 oyundan sonra 14 xalla 2-ci sıradadır.