Messidən möhtəşəm dönüş

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Filadelfiya Yunion”u qəbul edib. Matç “İnter Mayami”nin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Messi bu görüşdə 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Argentinalı hücumçu iyulun 15-dən sonra birinci dəfə bu matçda meydana çıxıb.

“İnter Mayami” 28 turdan sonra 62 xalla birinci sıradadır.