“İnter Mayami”nin hücumçusu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.
Futbolpress.az xəbər verir ki, argentinalının MLS klubuyla hazırkı müqaviləsi bu ilin sonunda başa çatır. 37 yaşlı futbolçunun “Barselona”ya qayıtmağı planlaşdırdığı barədə şayiələr yayılsa da, başqa bir mənbə bu məlumatı təkzib edib. “AlbicelesteTalk” xəbər verir ki, Messinin heç bir yeri tərk etmək niyyəti yoxdur – o, karyerasını hazırkı klubunda bitirmək istəyir. Çox güman ki, yaxın vaxtlarda “İnter Mayami” ilə “Barselona” arasında yoldaşlıq görüşü təşkil olunacaq.
Messi 2023-cü ilin yayında MLS komandasına qoşulub. ABŞ-a köçməzdən əvvəl forvard PSJ-də çıxış edib.