Messinin bərpası ləngiyir

“İnter Mayami”nin hücumçusu Lionel Messinin bərpa müddəti uzanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Miami Herald” nəşri məlumat yayıb. Argentinalı hücumçu komandanın son məşqini buraxıb. Onun son durumu hələ açıqlanmır.

Messi sonuncu dəfə iyulun 15-də Amerika Kubokunun finalında Argentinanın Kolumbiyanı məğlub etdiyi (1:0) görüşdə iştirak edib.