Messidən sonra Levandovski

“Barselona” İspaniya La Liqasının X turunda “Sevilya”nı məğlub edib.

Futbolpress.az xəbər verir ki, Robert Levandovski matçda iki qolla yadda qalıb. Dubl edən polşalı hücumçu bu mövsümdəki qollarının sayını 12-yə çatdırıb.

Levandovski komandanın sabiq hücumçusu Lionel Messinin uğurunu təkrarlayıb. Belə ki, o, Messidən sonra “Barselona”da La Liqadakı ilk 10 oyunda 12 qol vuran ikinci futbolçu olub.