Messidən sevindirən xəbər

“İnter Mayami”nin hücumçusu Lionel Messi zədəsini tam sağaldıb.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xerardo Martino açıqlama verib. O, argentinalı hücümçunun MLS-də “Filadelfiya Yunion”la matçda meydana çıxa biləcəyini deyib.

Messi zədə səbəbindən iyulun 15-dən rəsmi oyuna çıxmayıb.

“İnter Mayami” – “Filadelfiya Yunion” oyunu sentyabrın 15-də keçiriləcək.