KONKAKAF Çempionlar Liqasında keçirilən “İnter Mayami” – “Kanzas-Siti” oyununu idarə edən Marko Ortis cəzalanıb.
Futbolpress.az xəbər verir ki, referi görüşdən sonra Messiyə yaxınlaşaraq, ondan avtoqraf istəyib. Hakimin bu davranışı qaydalara uyğun gəlmir və bu səbəbdən o, KONKAKAF bayrağı altında keçirilən futbol yarışlarından 6 aylıq kənarlaşdırılıb.
“İnter Mayami” “Kanzas-Siti”ni məğlub edib – 1:0.