“İnter Mayami”nin hücumçusu Lionel Messi ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, argentinalı oyunçunun sözləşməsi 2026-cı ilin sonuna qədər artırılıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Yeni müqavilədə bənd var ki, 2025-ci ilin sonu ilə 2026-cı ilin əvvəlində MLS-də oyun olmayacağı halda, Messi Avropa klublarından birinə icarəyə verilə bilər. Messi Argentina yığması ilə DÇ-2026-da oynamaq istəyir və bu səbəbdən formasını qorumaq niyyətindədir.