Argentinanın prezidenti Xavyer Miley Lionel Messini tarixin ən yaxşı futbolçusu adlandırıb.
Futbolpress.az xəbər verir ki, o, bununla bağlı “La Nacion”a müsahibəsində deyib:
“Messi tarixin ən yaxşı oyunçusudur. Bunu çoxdan deyirəm. Hətta belə bir video da var. Messi demək olar, Peledən də üstündür. Buna heç bir şübhəm yoxdur. Onu qəbul etmək mənim üçün şərəf olardı”.