Messi rekordçu oldu

Argentina millisi Amerika Kubokunda Kanadanı məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, bu, “tanqoçular”ın hücumçusu Lionel Messinin turnirdəki 35-ci oyunu olub. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Messi Amerika Kubokunda ən çox oyun keçirən futbolçu adını qazanıb.

36 yaşlı futbolçu Argentina millisində 182 oyunda 108 qol vurub.