Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində Perunu məğlub edib – 1:0.
Futbolpress.az xəbər verir ki, “tanqoçular”ın futbolçusu Lionel Messi bu görüşdə unikal göstəriciyə imza atıb. Kapitan yeganə qolun məhsuldar ötürməsini edib.
Messi bununla da yığmadakı assist sayını 58-ə çatdırıb. 37 yaşlı hücumçu milli komanda ilə ən çox məhsuldar ötürmə edən amerikalı keçmiş futbolçu London Donovanın rekorduna şərik olub.