Messi qol vurdu, “İnter Mayami” qələbə qazandı

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Filadelfiya” ilə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 2:1.

Komandanın qollarını Robert Teylor və Lionel Messi vurub.

“İnter Mayami” 5 turdan sonra çempionatda 13 xalla liderdir.