Messi qol vurdu, Argentina finala yüksəldi

Argentina millisi Amerika Kubokunda finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “tanqoçular” yarımfinal görüşündə Kanada ilə üz-üzə gəlib. 2:0 hesablı qələbə qazanan Argentina adını finala yazdırıb.

Millinin qollarını Yulian Alvares və Lionel Messi vurub.

Argentina finalda Uruqvay – Kolumbiya oyununun qalibi ilə qarşılaşacaq.