Messi: “Dünyanın ən güclü komandası “Real”dır”

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi dünyanın ən yaxşı komandasının adını açıqlayıb.

Futbolpress.azInfobae.com”a istinadən xəbər verir ki, Messi “Real”ı dünyanın ən yaxşı klubu adlandırıb:

“Dünyanın ən yaxşı komandası “Real”dır. Bunu onların qazandığı son nəticələr də sübut edir. Xosep Qvardiolanın komandasına da xüsusi rəğbət bəsləyirəm. Onun komandası xüsusidir”.

Messi 2004-2021-ci illər aralığında “Real”ın əzəli rəqibi “Barselona”nın formasını geyinib.