Messi penalti qaçırdı, Argentina yarımfinala yüksəldi

Argentina millisi Amerika Kubokunda yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “tanqoçular” 1/4 final mərhələsində Ekvadoru məğlub edib. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan görüşdə qalib penaltilər seriyasında bəlli olub.

Son zərbələrdə uğurlu olan argentinalılar 4:2 hesablı qələbə qazanıb.

Messi penaltilər seriyasında uğursuzluqla yadda qalıb. Qolkiper Emiliano Martines isə 2 seyv edib.