Messi: “Oyunlardan razı deyildim”

“İnter Mayami”nin futbolçusu Lionel Messi müsahibə verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçu PSJ-dəki dönəmindən şikayətlənib:

“Barselona”nı tərk edəndən sonra sevmədiyim iki il oldu. Fransada gündəlik həyatdan. məşqlərdən, oyunlardan razı deyildim. Uyğunlaşmaq mənimçün çətin idi. Bu anda klubumu dəyişməli olduğumu hiss etdim. Bu böyüyən klubdur və tamamilə yenidir”.

Messi 2021-2023-cü illərdə PSJ-də forma geyinib.