Messi: “Məşqçi olmaq istəmirəm”

“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı oyunçu bu haqda düşünmədiyini deyib:

“Həmişə demişəm ki, məşqçi olmaq istəmirəm. Bunu düşünmürəm, ümumiyyətlə, bu, xoşuma gəlmir”.

Messi 2023-cü ilin yayında PSJ-dən “İnter Mayami”yə keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Argentinalı hücumçu bu mövsüm 15 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.