Messi karyerasını sonlandıracağı klubun adını açıqladı

Messi karyerasını “İnter Mayami”də başa vuracaq.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı ABŞ klubunda oynamaqdan həzz aldığını qeyd edib:

“Karyeramı “İnter Mayami”də sonlandıracağam. Burada oynamaqdan həzz alıram”.

36 yaşlı futbolçu 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. O, bu mövsüm 15 oyunda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.