Messi “İnter Mayami”nin rekordçusu oldu

“İnter Mayami” MLS-də 34-cü turda “Nyu İnqlend Revoluşn”ı məğlub edib – 6:2.

Futbolpress.az xəbər verir ki, görüşdə üç qol vuran Lionel Messi klubun tarixinə düşüb. O, komandada vurduğu qolların sayını 33-ə çatdırıb və bombardir adını qazanıb.

Daha əvvəl rekordçu Leonardo Kampanya idi. O, 31 qolla indi ikinci sıradadır.