ABŞ-nin “İnter Mayami” klubu futbolçusu Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədri Xorxe Mas açıqlamasında deyib:
“2026-cı ildə yeni stadionumuzun açılışı olacaq və əminəm ki, o da bizimlə olacaq. Messi ilə görüşəcəm. Nikbinəm və onun bizimlə davam edəcəyinə inanıram”.
Messi ötən yaydan “İnter Mayami”də çıxış edir. O, 39 oyunda 34 qol vurub, 18 məhsuldar ötürmə edib.