“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Lionel Messinin karyerasında xüsusi yer tutduğunu deyib:
“Karyeramda Messi ilə bağlılığım olduğu üçün bəxtim gətirib. Onunla üç il çalışdım və bu illər xüsusi idi”.
Qvardiola 2007-2012-ci illərdə “Barselona”da işləyib. Messi bu klubun yetirməsidir. O, 2003-2021-ci illərdə kataloniyalıların uğurları üçün çalışıb.