Messi hakimi “qorxaq” adlandırdı

Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində Paraqvaya uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, görüş zamanı “tanqoçular”ın hücumçusu Lionel Messi oyunun baş hakimi Anderson Daronkonu “qorxaq” adlandırıb.

Dranko matçın 37-ci dəqiqəsində rəqib oyunçu Omar Aldereteyə kobud oyuna görə ikinci sarı vərəqəni göstərməyib və Messi buna qəzəblənərək, hakimə “səndən xoşum gəlmir, qorxaq” deyib.