“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyaya qayıtmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Aleks Kandal “X” hesabında məlumat yayıb. O, argentinalı oyunçunun “Barselona”ya keçəcəyini bildirib.
Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Daha sonra PSJ-yə üz tutan hücumçu 2023-cü ilin yayından “İnter Mayami”nin formasını geyinir.