Messi “Atletiko”nun yeni transferinə zəng edib

“İnter Mayami”nin hücumçusu Lionel Messi argentinalı futbolçu Xulian Alvaresə “Atletiko”ya keçidindən sonra zəng edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Diario Ole” nəşri məlumat yayıb. Messi həmyerlisi ilə əlaqə saxlayaraq, onu keçidi münasibətilə təbrik edib.

24 yaşlı hücumçu Madrid klubu ilə 6 illik müqavilə imzalayıb. O, Argentina yığmasının da hücumçusudur.