“İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ çempionatı haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu MLS-in rəqabətli çempionat olduğunu deyib:
“ABŞ-də beyzbol, basketbol və Amerika futboluna böyük maraq olduğunu bilirdim. Futbolun isə o qədər populyar olmadığını düşünürdüm. Amma çox təəcccübləndim. Getdiyiniz hər yerdə komandanızın dəstəklədiyini görürsünüz. MLS-də güclü rəqabət var”.
Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də müntəzəm mövsümün qalibi olub.