Argentina millisi Amerika Kubokunun qrup mərhələsinin üçüncü turunda Perunu məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, yığmanın hücumçusu Lionel Messi bu görüşə ehtiyatda başlayıb. Argentinalı futbolçu son 8 ildə birinci dəfə böyük turnirlərdə Argentina millisi ilə oyuna əsas heyətdə çıxmayıb.
Messi II turun Çili ilə matçında (1:0) sağ ayağından yüngül xəsarət alıb və bu səbəbdən Peru matçında startda olmayıb.
Argentina qrupda maksimum nəticə – 9 xal toplayaraq 1/4 finala yüksəlib.