Messi əsrin futbolçusu seçildi

ESPN nəşri XXI əsrin ən yaxşı futbolçusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 25 oyunçunun yer aldığı siyahıya “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi başçılıq edir.

İkinci pillədə “Əl Nəsr”də çıxış edən Kriştiano Ronaldo yer alıb. “Üçlüy”ü isə fransalı sabiq futbolçu Tyerri Anri tamamlayır.