Mertensdən 0:5-ə şərh

“Qalatasaray”ın futbolçusu Dris Mertens Türkiyə Superkubokunda “Beşiktaş”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, belçikalı hücumçu 0:5 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Nəticənin istəklə əlaqəsi yoxdur. İlk hissədə işlər qaydasında gedirdi, sonra dəyişikliklər oldu və qırılma baş verdi. Növbəti oyunlara baxacağıq”.