UEFA Avro-2024-də Avstriya ilə 1/8 final oyununda qol sevincində “bozqurd” işarəsi edən türkiyəli Merih Demiralla bağlı araşdırma başladıb.
Futbolpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Demiral məsələyə münasibəti:
“Ağlımda bu qol sevinci var idi və etdim. Türk olduğum üçün qürur duyuram. Ona görə sevinci bütün iliklərimə qədər yaşadım. Etdiyim üçün də xoşbəxtəm”.
Avstriyada qaydalara görə, “bozqurd” işarəsi göstərmək qadağandır.
Türkiyə rəqibini 2:1 hesabıyla məğlub edib və 1/4 finala yüksəlib. “Ay ulduzlular” iyulun 6-da Niderlandla qarşılaşacaq.