“Qarabağ”ın hücumçusu Juninyonun klubdan ayrılması gündəmdədir. Daha öncə adı “Sevilya” ilə hallanan forvardın indi isə Braziliyanın “Flamenqo” klubuna keçməyə yaxın olduğu bildirilir.
Menecer Tural Əsgərov “FutbolPress“ə açıqlamasında transferlə bağlı son məlumatları bölüşdü:
“İndiki məqamda “Sevilya” məsələsi bağlandı, Juninyo getmək istəmədi. “Flamenqo”ya marağı var, lakin hələ “Qarabağ”la danışıqlar davam edir. Keçidin baş tutub-tutmamaq ehtimalları var”.
Şahin Cəfərov