Mendilibar: “Bu qələbəni onlara həsr edirəm”

“Olimpiakos”un baş məşqçisi Xose Mendilibar Konfrans Liqasının finalında “Fiorentina”nı məğlub etdikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis çempion olmaları haqda bunları deyib:

“Olimpakos” azarkeşlərinə bu sevinci yaşada bildiyim üçün xoşbəxtəm. Bu qələbəni onlara həsr edirəm. Sevincliyəm, tarixi nailiyyətə imza atdıq. Bunu layiqində qeyd edəcəyik və sonra yeni mövsüm üçün işə başlayacağıq”.

“Olimpiakos” tarixində ilk dəfə Avropada titul qazanıb.