“Yuventus”un yarımmüdafiəçisi Artur Melo icarə əsasında klubdan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını İspaniyada davam etdirə bilər. Onun xidmətində “Betis”, “Vilyareal” və “Valensiya” maraqlıdır.
Xatırladaq ki, 28 yaşlı oyunçunun Turin klubuyla müqaviləsi 2026-cı ilin yayına qədərdir.