Mehriban Əliyeva dünya çempionunu təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Futbolpress.az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi inistaqram səhifəsində paylaşım edib:

“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

Azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) Abu-Dabidə keçirilən cüdo üzrə Dünya çempionatında qızıl medal qazanıb. O, Koreya, İsrail, İspaniya və Portuqaliyadan olan rəqiblərini məğlub edib.

Final görüşündə o, kanadalı Şadi Elnahasa qalib gələrək Dünya Çempionu titulunu qazanıb.