Mehdi, Haraslin, Amin…

“Sofascore” portalı UEFA Millətlər Liqasında keçirilən Slovakiya – Azərbaycan oyununda futbolçuların çıxışlarını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, matçın ən yaxşıları slovakların cinah oyunçusu Lukaş Haraslin və millinin qapıçısı Mehdi Cənnətov olub. Hər iki oyunçunun çıxışı 8,3 balla qiymətləndirilib.

Azərbaycan millisinin heyətində ən az balı Amin Seydiyev alıb. Birinci qolda penaltiyə səbəb olan müdafiəçinin çıxışı 5,7 balla dəyərləndirilib.

Azərbaycan yığmasının ümumi performansı 6,73, Slovakiyanınkı isə 7,20 balla qiymətləndirilib.

Slovakiya Azərbaycanı Duda və Strelekin qolları ilə məğlub edib.