Medina üçün təklif

“Fənərbağça” “Boka Xuniors”un futbolçusu Kristian Medinanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu 22 yaşlı yarımmüdafiəçi üçün 11 milyon dollar təklif edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Argentina klubu təklifi qəbul etməyib və oyunçu üçün 20 milyon dollar tələb edir.

Medina Argentinanın U-23 yığmasının da üzvüdür. O, “Boka Xuniors”da bu mövsüm 5 oyunda meydana çıxıb.