Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi “Qarabağ”ın qonağı olub.
Futbolpress.az xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, klubun baş direktoru Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev iştirak ediblər.
Görüş zamanı “Qarabağ”ın kommunikasiya üzrə fəaliyyətinin effektivliyinin artırılması müzakirə olunub, bu sahədə Medianın İnkişafı Agentliyi ilə qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Görüşün sonunda Əhməd İsmayılova komandamızın forması təqdim olunub.