Mbappeyə “tərif yağışı”

“Real”ın futbolçusu Federiko Valverde komanda yoldaşı Kilian Mbappe haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi yayda “kral klubu”na qoşulan fransalı hücumçu haqda bunları deyib:

“Hamımız onun necə oyunçu olduğunu bilirik. Dünyanın ən yaxşı futbolçuları arasındadır. Onunla eyni meydanda olmaq xoşbəxtlikdir. Hər məşqdə, oyunda diqqət mərkəzində olur.

Bura gəlməzdən əvvəl haqqında çox danışıldı. Ancaq o, performansı ilə hər kəsi susdurdu”.

Mbappe La Liqada 8 oyunda 5 qol vurub.