Mbappeyə görə təcili iclas keçirildi

“Real”ın futbolçusu Kilian Mbappe təcavüzdə ittiham olunub.

Futbolpress.az xəbər verir ki, bununla bağlı Fransa mətbuatı məlumat yayıb. İsveç polisi fransalı hücumçunun bir qıza cinsi təcavüz etməsi ittihamı ilə bağlı araşdırmalara başlayıb.

“Real” klubu Mbappe ətrafında yaranan məsələ ilə bağlı təcili iclas keçirilib, oyunçunun durumu müzakirə olunub.

Mbappe bu mövsüm “Real”da 11 oyunda 7 qol vurub. O, yayda PSJ-dən Madrid klubuna keçib.