Mbappenin transferi nə vaxt açıqlanacaq?

İspaniyanın “Real” klubu fransalı hücumçu Kilian Mbappe ilə razılaşıb.

Futbolpress.az xəbər verir ki, Madrid klubu forvardın transfeirni iyunun 3-də açıqlayacaq. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Mbappe daha öncə yeni klubunun yaxın zamanda məlum olacağını açıqlamışdı.

25 yaşlı forvard ötən mövsüm PSJ ilə Liqa 1-də 29 oyunda 27 qol vurub.