Mbappenin “Milan” sevgisi

Fransa millisinin futbolçusu Kilian Mbappe açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Sky Sport”a danışan forvard İtaliyada sevdiyi klubu açıqlayıb:

“Uşaqlıqdan “Milan” azarkeşiyəm. Bir gün İtaliyaya getsəm, o komandadan başqasında oynamaram. Hələ də “Milan”ın oyunlarını izləyirəm”.

Mbappe hazırda azad agentdir. O, son mövsümü Fransa PSJ-sində keçirib. Forvardın yaxın zamanda “Real”la müqavilə imzalayacağı gözlənilir.