Mbappenin “Liverpul”a keçidi niyə baş tutmayıb?

Fransalı hücumçu Kilian Mbappe ilə keçmiş klubu PSJ arasında yaranan fikir ayrılıqlarının yeni təfərrüatları məlum olub.

Futbolpress.az xəbər verir ki, forvard 2022-ci ilin yayında Paris klubundan ayrılmağa yaxın olub. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

PSJ Mbappeyə verdiyi bəzi vədləri yerinə yetirməyib və bu səbəbdən Mbappe “Liverpul”la razılaşıb. Mersisaydlıların Paris klubuna hücumçu üçün 200 milyon avro ödəməyə hazır imiş, ancaq komandanın keçmiş idman direktoru Antero Enrike ingilislərdən ikiqat çox pul istəyərək, transferə mane olub.

Mbappe bu yay PSJ-ni azad agent kimi tərk edib və “Real”a keçib.