Mbappenin kapitanlığı alına bilər

Fransa millisinin baş məşqçisi Didye Deşam kapitanlığı Kilian Mbappedən ala bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Mütəxəssis hücumçu ilə görüşüb, kapitanlıq məsələsini müzakirə edəcək.

Deşamın bu vəzifə üçün artıq yeni namizədləri də məlumdur. Bunlar Nqolo Kante, İbrahima Konate və Orelyen Çuamenidir.

Mbappe bundan öncə zədəsi olduğunu bildirərək, millinin toplanışına qatılmayıb. Fransa mətbuatı oyunçunun Deşamın rəhbərliyi altında yığmada oynamaq istəmədiyini iddia edib.