Fransa millisinin hücumçusu Kilian Mbappenin burnu sınıb.
Futbolpress.az xəbər verir ki, forvard dünən Avro-2024-də Avstriya ilə matçda rəqib oyunçu ilə toqquşduqdan sonra yerdə qalıb.
Burnu sındığı üçün əvəzlənən Mbappe əməliyyat olunacaq. Onun qrup mərhələsindəki növbəti iki oyunda iştirak sualı altındadır.
Fransa D qrupunda Niderland, Avstriya və Polşa ilə mübarizə aparır. Komanda birinci turda Avstriyaya qalib gəlib – 1:0.